İran G7-nin HƏMAS-a dəstəyi dayandırmaq çağırışlarını rədd edir

11-11-2023, 12:08           
İran G7-nin HƏMAS-a dəstəyi dayandırmaq çağırışlarını rədd edir
İran cümə axşamı Böyük Yeddilər-in (G7) Tehranı HƏMAS militantlarını dəstəkləməyi və Yaxın Şərqdə "sabitliyi pozan" hərəkətlərini dayandırmağa çağıran bəyanatını rədd edib.

Tehran bu şərhini Tokioda görüşən Böyük Yeddilər-in xarici işlər nazirlərinin İsrail-Həmas müharibəsində “humanitar fasilələr və dəhlizləri” dəstəklədiyini ifadə etməsindən bir gün sonra verib.

İsrail rəsmilərinin bildirdiyinə görə, İsrail Fələstinlilərin Qəzza ərazisinə havadan zərbələrini HƏMAS silahlılarının oktyabrın 7-də güclü mühafizə olunan hərbiləşdirilmiş sərhədi keçərək, əksəriyyəti mülki əhali olan 1400-dən çox insanı qətlə yetirməsindən və 240-a yaxın insanı girov götürməsindən sonra endirib.

HƏMAS-ın idarə etdiyi Səhiyyə Nazirliyinin bildirdiyinə görə, İsrailin Qəzzada apardığı bombardman kampaniyası üçdə ikisi qadın və uşaqlar olmaqla, 10500-dən çox insanın ölümünə səbəb olub.

Böyük Yeddilər həmçinin İranı "HƏMAS-a dəstək verməkdən və Livanın Hizbullahı və digər qeyri-dövlət qruplarına dəstəyi də daxil olmaqla, Yaxın Şərqdə sabitliyi pozan addımlar atmaqdan çəkinməyə" çağırıb.

Cümə axşamı İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasser Kənani ABŞ, Britaniya, Almaniya, Kanada, İtaliya, Fransa və Yaponiyadan ibarət qrupun bəyanatını "şiddətlə qınayıb".

Onun sözlərinə görə, İran "İsrailin sionist işğalçı rejiminin Qəzza vətəndaşlarına qarşı hərbi hücumlarını dayandırmaq üçün fasiləsiz səylər" göstərir.

"Böyük Yeddilər qrupunun xarici işlər nazirlərinin Tokioda keçirilən iclasından gözlənilən onların beynəlxalq öhdəliyini yerinə yetirməsi, o cümlədən sionist rejimin Qəzzada insan haqlarını və beynəlxalq hüququ pozan əməllərini pisləməsi idi" - deyə, Kənani bildirib.

HƏMAS-a maddi və hərbi dəstək verən İran militant qrupun İsrailə hücumunu "uğur" kimi qiymətləndirsə də, hər hansı bir əlaqəsi olduğunu inkar edib..

Prezident İbrahim Rəisi İranın "müqavimət qruplarını dəstəkləməyi öz borcu" kimi gördüyünü bildirib, lakin onların müstəqil hərəkət etdiklərini təkid edib.

İran İsraili tanımır və 1979-cu il İslam İnqilabından sonra Fələstin məsələsinə dəstəyi xarici siyasətinin mərkəzinə çevirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.