Qod Nisanovun bazarını onlar yandırıb – Markov

1-12-2023, 19:14           
Qod Nisanovun bazarını onlar yandırıb – Markov
Ukrayna hərbi kəşfiyyatı Rusiyanın böyük bazarlarını yandırmağa başlayıb? Rusiyanın ən böyük bazarlarında, dekabrın 1-də Moskvadakı “Sadovod” və noyabrın 30-da Rostov-Dondakı ən böyük “Belıy Temer” bazarında, demək olar ki, eyni vaxtda baş verən böyük yanğınlar bizi bu hadisələrin terror hücumları olduğunu düşünməyə vadar edir.

Bunu rusiyalı politoloq Sergey Markov deyib.

“Bəs Rusiyada ən irimiqyaslı terror aktlarını kim həyata keçirir? Ukrayna Təhlükəsizlik Xidməti və Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi. Böyük bazarlarda demək olar ki, eyni vaxtda yanğınların baş verməsi təsadüf ola bilərmi? Ola bilər. Amma bəlkə də bu, təsadüf deyil. Biz hərtərəfli araşdırma gözləyirik. Ukrayna Təhlükəsizlik Xidməti və Baş Kəşfiyyat İdarəsi əsas şübhəlilər olmalıdır”, - o bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru