İran heyəti BƏƏ-dəki sammiti tərk etdi - Etiraz

1-12-2023, 19:44           
İran heyəti BƏƏ-dəki sammiti tərk etdi - Etiraz
İran nümayəndə heyəti bu gün Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən Dünya İqlim Fəaliyyəti Sammitini tərk edib.

Bu barədə sammitdə iştirak edən İranın energetika naziri Əli Əkbər Mehrabian məlumat verib.

Mehrabianın sözlərinə görə, İsrail Prezidenti İshaq Hersoq sammitə qatıldığı üçün ayrılmağa qərar veriblər.

“İran olaraq sionist İsrail rejiminin sammitdə iştirakının iqlim dəyişikliyi məsələsilə bağlı iclasın məqsədlərinə zidd olduğuna inanırıq. Buna reaksiya olaraq sammiti tərk etmək qərarına gəldik”, - nazir vurğulayıb.
Mənbə: axar.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru