Ermənistanın ən qatı düşməni bu ölkədir

2-12-2023, 08:20           
Ermənistanın ən qatı düşməni bu ölkədir
Ermənistanın üç düşməni var: Türkiyə, Azərbaycan və ən qatı düşmən Rusiya.

Bu barədə erməni siyasətçi Arman Babacanyan yazıb.

“Rusiya ilk növbədə ona görə bu siyahıdadır ki, bu ölkə strateji müttəfiq adı altında Ermənistana və erməni xalqına qarşı planlar qurur. Azərbaycan və Türkiyə ermənilərin öz torpaqlarında fiziki mövcudluğuna, Rusiya isə Ermənistan dövlətçiliyinə qarşıdır”, - o deyib.

Babacanyan 44 günlük müharibənin “təkcə Azərbaycanla aparılmadığı” kimi daha bir absurd iddia da səsləndirib:

“Bu müharibə lap əvvəldən Rusiya tərəfindən erməni dövlətçiliyini məhv etmək məqsədi ilə təşkil edilib. Rusiya buradan qovulmayana qədər regionda nə sülh, nə sülh müqaviləsi, nə də “Sülh qovşağı” olacaq. Özünüzü və başqalarını aldatmayın. Dünya və Rusiya bir-birinə ziddir.

Bundan sonra Rusiya ilə hərbi-siyasi və iqtisadi birlik çərçivəsində əlaqələrin davam etməsini hələ də düşünmək xalqı və dövlətçiliyi uğrunda canlarını fəda etmiş insanların təhqir edilməsidir”.
axar












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.