Slovakiyanın baş naziri: Aİ və NATO-nun bəzi ölkələri Ukraynaya hərbçilər göndərə bilər

27-02-2024, 11:54           
Slovakiyanın baş naziri:
Avropa İttifaqı (Aİ) və NATO Kiyevlə ikitərəfli razılaşmalar əsasında Ukraynaya öz hərbi personalını göndərmək imkanını nəzərdən keçirir.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bunu Slovakiyanın Baş naziri Robert Fiko deyib.

“Bir qrup NATO və Aİ ölkəsi ikitərəfli razılaşmalar əsasında Ukraynaya öz hərbçilərini göndərməyi fikirləşir. Onların Ukraynaya hansı məqsədlə göndərilə biləcəyi barədə təfərrüatları açıqlaya bilmirəm”, - o bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru