Avropa Ukraynaya ordu göndərə bilər - Makron

27-02-2024, 11:41           
Avropa Ukraynaya ordu göndərə bilər - Makron
Fransa Prezidenti Emmanuel Makron Ukraynaya Avropa qoşunlarının göndərilməsini istisna etməyib.

Axar.az xəbər verir ki, bu barədə Fransa lideri ötən gün Parisdə Ukrayna məsələsinin müzakirəsi üçün 20-yə yaxın ölkə liderinin toplantısından sonra mediaya açıqlamasında deyib.

Buna baxmayaraq, o, hazırkı mərhələdə bu məsələdə konsensus olmadığını da bildirib:

“Hazırda Ukraynaya ordu göndərmək üçün konsensus yoxdur. Amma heç nəyi istisna etmək olmaz. Rusiyanın qalib gəlməsinin qarşısını almaq üçün əlimizdən gələni edəcəyik”.

Qeyd edək ki, ötən gün Çexiya və Slovakiya Ukraynaya heç bir halda ordu göndərməyəcəklərini elan etmişdilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru