“Saxta dəyərlər ilə regionda sülhə töhfə vermək olmaz” – “Azərbaycan revanşist meyllərə cavab vermək gücündədir”

29-02-2024, 18:48           
“Saxta dəyərlər ilə regionda sülhə töhfə vermək olmaz” – “Azərbaycan revanşist meyllərə cavab vermək gücündədir”
“Avropa Parlamenti ikili standartlara və qərəzli açıqlamalara əsaslanan fəaliyyətini, təəssüf ki, davam etdirir”.

“AzPolitika” xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov “Facebook” səhifəsində yazıb.

Deputat qeyd edib ki, Avropa Parlamentinin sonuncu iclasında italiyalı Fabio Kastaldo və almaniyalı Viola Kramon öz çıxışlarında 30 il Azərbaycan torpağını işğal altında saxlayan və həmin əraziləri tamamilə dağıdıb xarabalığa çevirən Ermənistana dəstək olmaqla yanaşı ölkəmizə qarşı təhdidlərə də cəhd göstəriblər: “Öz ərazi bütövlüyü və suverenliyini tam bərpa edən Azərbaycanın anti-terror əməliyyatlarını “hərbi aqressiya” kimi qələmə vermək nəinki ədalətsiz və qərəzli mövqedir, eyni zamanda beynəlxalq hüquqa hörmətsizlikdir. Azərbaycan öz suveren hüquqları çərçivəsində ərazi bütövüyünü bərpa edib. Fevralın 7-də keçirilən növbədənkənar prezident seçkiləri bir daha təsdiq etdi ki, qalib xalq Müzəffər Ali Baş Komandanın siyasətini tam dəstəkləyir. Azərbaycanın həyata keçiridiyi siyasət regionda sülh və təhlükəsizliyin güclənməsinə xidmət edir”.

V.Bayramov avroparlamentarilərə Azərbaycan dövlətinin istənilən xarici təhdidlərə və revanşist meyllərə cavab vermək gücündə olduğunu unutmamağı tövsiyə edir: “Bu güc, sadəcə, siyasi və iqtisadi potensial ilə məhdudlaşmır, həmçinin birliyimizin yaratdığı üstünlükdür. Güclü Azərbaycan dövlətinin yanında məğrur Azərbaycan xalqı var. Avropa Parlamentinin qərəzli bəyanatları isə bu qurumun öz nüfuzuna xələl gətirir. Saxta dəyərlər ilə regionda sülhə töhfə vermək olmaz”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.