"Consonun Ukraynaya yardım planı çoxlu suallar doğurur" - "The Hill"

19-03-2024, 12:14           
"Consonun Ukraynaya yardım planı çoxlu suallar doğurur" - "The Hill"
"Mən də, Amerika xalqı da hesab edirik ki, biz öz sərhədlərimizi başlıca prioritet olaraq qorumalıyıq və biz buna təkid etməkdə davam edəcəyik..."

"ABŞ Konqresi Nümayəndələr Palatasının spikerinə hərəkətə keçməsi üçün təzyiq getdikcə artmaqdadır..."

ABŞ Konqresi Nümayəndələr Palatasının spikeri Mayk Conson tərəfindən Kiyev üçün hərbi maliyyələşmə haqqında anons etdiyi yeni qanun layihəsi çoxsaylı suallar doğurur.

Moderator.az xəbər verir ki, bu barədə "The Hill" nəşri yazıb.

Conson həmçinin bəyan edib ki, bu təklifi demokratların xeyli hissəsinin dəstəyini tələb edən prosedurun köməyilə irəliyə aparmağı planlaşdırır.

O, həmçinin Ukraynaya yardımı İsrailə yardımı nəzərdə tutan qanun layihəsindən ayırmaq ideyasını irəli sürüb.

"Strategiyanın bəzi konturları onun getdiyi konkret yol barədə, o cümlədən Consonun milli təhlükəsizlik haqqında qanuna əlavə olaraq sərhədlərin təhlükəsizliyi üzrə əvvəllər tələb etdiyi daha sərt tədbirləri daxil etməyi necə planlaşdırdığı, Senatın qəbul etdiyi xarici yardım paketindən fərqlənən təklifinə demokratlardan necə dəstək alacağı ilə bağlı bir çox qeyri-müəyyənliklər yaradıb", - müəlliflər deyir.

Onlar həmçinin vurğulayır ki, Ukraynaya xüsusilə sərt sərhəd siyasəti olmadan daha çox yardım göstərilməsinə qarşı çıxış edən bir çox respublikaçıların üsyanının qarşısının necə alacağı aydın deyil.

"Biz bütün məsələlər üzrə bütün variantları nəzərdən keçiririk, biz sadəcə bununla bağlı bəyanat verməyə hazır deyilik", - Conson deyib.

Lakin Kiyevə cənub sərhəddində vəziyyətin siyasi nizamlanması olmadan yardım göstərilməsi perspektivini nəzərə alaraq, Nümayəndələr Palatasının spikeri sərhədlərin təhlükəsizliyinin başlıca prioritet olduğu barədə özünün çoxdankı tezisini təkrarlayıb.

"Mən də, Amerika xalqı da hesab edirik ki, biz öz sərhədlərimizi başlıca prioritet kimi qorumalıyıq, bu, ölkədə əksəriyyət insanların gözləntiləridir və biz buna təkid etməkdə davam edəcəyik", - o, deyib.

Demokrat Adam Smitin sözlərinə görə, hazırda cavabı olmayan böyük sual ondan ibarətdir ki, Conson hamıya Ukraynaya və İsrailə yardım göstərmək niyyətində olduğunu deməkdə davam edir. Lakin heç kimin bunun necə ediləcəyi ilə bağlı heç bir təsəvvürü yoxdur.

"Ona görə də məsələ onun planının nədən ibarət olduğundadır, mən bunu bilmirəm", - o, bəyan edib.

Conson bəyan edib ki, o, yardımı qrant deyil, kredit proqramına çevirmək istəyir. Senatorlara müraciət edərək o, həmçinin yardımı Rusiya aktivlərinin müsadirəsi və ləğvi hesabına ödənilməsi ideyasını irəli sürüb.

Bu arada isə Consonun hərəkətə keçməsi üçün ona təzyiq artmaqdadır. İstefa haqqında petisiyalardan birinin məqsədi rəhbərlikdən yan keçmək və xarici yardım barədə qanun layihəsini Senatın müzakirəsinə çıxarmaqdır.

Digəri isə sərhədlərin təhlükəsizliyi haqqında müddəaya əlavə olaraq Ukrayna və İsrailə yardım daxil olan milli təhlükəsizlik haqqında düzəlişə səsverməyə gətirib çıxaracaq.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.