İsrailin Bakıdakı səfirliyi təxliyə olunub? - AÇIQLAMA 4-04-2024, 00:00 İsrailin Azərbaycandakı səfirliyi öz iş rejimində heç bir dəyişiklik etməyib.Redaktor.az xəbər verir ki, bu barədə səfirlikdən məlumat verilib."Səfirlik təhlükəsizlik məsələlərinə münasibət bildirmir və dəyişməz olaraq fəaliyyətini davam etdirir",- açıqlamada deyilir.Qeyd edək ki, sosial şəbəkələrdəki İran mənbələrində İsrailin Bakıdakı və Abu-Dabidəki səfirliklərinin təxliyyə olunması barədə məlumatlar yayılıb. Facebook-da paylaş