Britaniya XİN: HƏMAS-a 40 günlük atəşkəs təklif edilib

30-04-2024, 11:54           
Britaniya XİN: HƏMAS-a 40 günlük atəşkəs təklif edilib
Qəzza probleminin həlli ilə bağlı yeni təkliflərlə 40 günlük atəşkəsin yaradılması gözlənilir.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron Ər-Riyadda keçirilən Dünya İqtisadi Komissiyasının Forumunda bildirib.

"HƏMAS-a təqdim edilən təkliflər arasında 40 günlük atəşkəs, həmçinin Qəzza zolağında saxlanılan israilli girovların azad edilməsi müqabilində minlərlə fələstinli məhbusun İsrail həbsxanalarından azad edilməsi daxildir. Ümid edirəm ki, HƏMAS bu təklifləri qəbul edəcək", - Kemeron vurğulayıb.

Böyük Britaniyanın xarici işlər naziri ötən il oktyabrın 7-də HƏMAS-ın İsrailə hücumu zamanı girov götürülənlərin hamısı azad edilməyincə Qəzzada münaqişənin bitməyəcəyinə inandığını da bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru