Türkiyə ilə razılaşma əldə edilərsə, bu ölkə ilə sərhəddə də rusiyalı hərbçilərə ehtiyac qalmayacaq.

1-05-2024, 07:34           
Türkiyə ilə razılaşma əldə edilərsə, bu ölkə ilə sərhəddə də rusiyalı hərbçilərə ehtiyac qalmayacaq.
Rusiya mediası, o cümlədən Kremlin nəzarətindəki saytlar və agentliklər Ermənistanın radikal müxalifətinə gen-bol informasiya dəstəyi verirlər. Bu media radikalların baş nazir Nikol Paşinyanı devirmək çağırışlarını və sərhəddəki insidentləri geniş şəkildə işıqlandırır və müxalifət nümayəndələrinin açıqlama və bəyanatlarını yayırlar. Bunu belə başa düşmək lazımdır ki, Azərbaycanla Ermənistan arasında əldə edilən son razılaşma və sərhədlərin müəyyənləşməsi Kremlin maraqlarına ziddir. Çünki, Bakı İlə İrəvan arasında razılaşmalar Rusiyanın nəzarətindən kənarda - birbaşa danışıqlarda əldə edilir. Kremlin narahatlığının səbəbi bəllidir. İki ölkə arasında sərhədlər müəyyənləşdikcə, Azərbaycan və Ermənistan sülh və ya çərçivə sazişinin imzalanmasına yaxınlaşırlar. Bu isə gələcəkdə Ermənistanda Rusiya hərbçilərinin varlığını sual altına qoyacaq. Nikol Paşinyan rusiyalı hərbçiləri hələlik Zvartnos hava limanından çıxarmaq istəyir, ancaq Türkiyə ilə razılaşma əldə edilərsə, bu ölkə ilə sərhəddə də rusiyalı hərbçilərə ehtiyac qalmayacaq. Kreml bu gedişata mane olmaq istəyir.
Elxan Şahinoğlu
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru