Vaşinqton Qəzzada münaqişə davam edərkən atəşkəs danışıqlarında "çətinliklər və dönüşləri" qeyd edir
15-05-2024, 17:58
Vaşinqton danışıqların davam etdiyi və İsrailin ABŞ-ın etirazlarına baxzmayaraq, cənubda Rəfah şəhərində genişmiqyaslı hərbi əməliyyat keçirməyi planlaşdırdığı vaxt Qəzzada davam edən münaqişədə bir çox problemi həll etməyə çalışdığını bəyan edir.
Minlərlə insanın iztirabı dünya liderlərinin 7 aydan çoxdur Qəzzada davam edən müharibəyə son qoymaq üçün təcili addımlar atmalı olduğunu vurğulayır.
İsrailin izdihamlı Rəfah şəhərinə genişmiqyaslı hücumla bağlı təhdidi təhlükəsiz yer axtaran Qəzza sakinlərini qorxu içərisində saxlayır.
Davam edən zorakılıqlarla bağlı gənclərin qəzəbi Amerika boyu universitetlərdə etirazlara səbəb olub və ABŞ-ın hüdudlarından kənara yayılıb.
Bu həssas məqamda Ağ Ev bazar ertəsi bildirib ki, Vaşinqton hələ də girovların azad edilməsi və atəşkəsin əldə edilməsi məqsədi ilə Qahirədə danışıqları səylə davam etdirir. Ağ Evin Milli Təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan: "Bu konkret danışıqların eniş-yoxuşları, müsbət və mənfi tərəfləri, çətinlikləri və dönüşləri olub. Şərhlərimdə qeyd etdiyim kimi, əgər HƏMAS hərəkətə keçib qadınları, yaralıları və qocaları azad etsə, atəşkəs sabah əldə oluna bilər. Biz inanırıq ki, İsrail masaya yaxşı bir təklif qoyub. HƏMAS əks təklifi müzakirəyə çıxarıb. Dünya atəşkəsə çağırır, bunu edənlər HƏMAS-a gedib desinlər ki, "Danışıqlar masasına gəlin və razılıq əldə edilənə qədər işləyin".
O, Amerikanın Səsi-nə bu prosesdə yeni çatlar olduğunu etiraf edib. Danışıqlara ev sahibliyi edən Misir bu yaxınlarda Cənubi Afrikanın Beynəlxalq Ədalət Məhkəməsində İsrailə qarşı soyqırım iddiasına dəstək verib. "Mən deyə bilmərəm ki, bu, Misir və İsrail arasında humanitar yardım və çatdırılma problemlərinin həlli üçün faydalı olacaq. Amma mən bilirəm ki, Misir, İsrail, ABŞ, Birləşmiş Millətlər Təşkilatı, hamımız irəliyə doğru yol tapmaq üçün birlikdə işləməyə çalışırıq".
Təhlilçilər deyirlər ki, Vaşinqton, əsasən də İsrailin Qəzzanın cənubundakı Rəfah şəhərində “böyük hərbi əməliyyat” planları ilə bağlı qarışıq mesajlar verir. Sallivan bazar ertəsi bildirib ki, İsrail indiyədək Rəfaha yalnız hədəfli zərbələr endirib. Vaşinqton İnstitutundan David Makovski: "[Administrasiyadan] bəzi qarışıq siqnallar var. Bəzən onlar Rəfahda nəyinsə əleyhinə olduqları kimi görünür, bəzən isə deyirlər ki, "xeyr, biz buna qarşı deyilik, sadəcə düzgün plan görməmişik". Ona görə də hesab edirəm ki, buna aydınlıq gətirilməlidir".
Bu arada, Vaşinqton aydın plan qurmağa çalışarkən, İsrail rəhbərliyi baş nazir Benyamin Netanyahunu fələstinlilərin zorakılığını alovlandırmaqda ittiham edən vətəndaşların təzyiqi ilə üzləşir.
İş adamı Nir Qalon: "Mən sadəcə olaraq, baş nazir Netanyahuya oktyabrın 7-də burada baş verənlərə görə məsuliyyət daşıdığını vurğulamaq istəyirəm".
Rəsmilər sülhə nail olmağa çalışarkən, İsrailin Qəzzaya zərbələri davam edir.