AK Rusiya aktivlərindən əldə edilmiş gəlirlərin ilk müsadirə tarixini müəyyənləşdirib
22-05-2024, 10:58
Avropa İttifaqının banklarından dondurulmuş Rusiya aktivlərinin reinvestisiyasından əldə edilmiş gəlirin ilk ekspropriasiyası iyulda baş tutacaq.
Bu barədə Avropa Komissiyasının (AK) bəyanatında bildirilib.
“İlk resurslar Ukraynaya dəstək üçün 2024-cü ilin iyulunda əlçatan olacaq, sonrakı ödənişlər ildə iki dəfə həyata keçiriləcək”, – AK diqqətə çatdırıb.
Xatırladaq ki, daha öncə Aİ Şurası hesablarında 1 milyon avrodan çox dondurulmuş Rusiya vəsaiti olan bütün maliyyə strukturlarının Rusiya aktivlərinin reinvestisiyasından əldə olunan gəlirin 90 faizini geri qaytarmalı olduğunu açıqlamışdı.