Netanyahunun oğlunun paylaşdığı təxribatçı xəritə SOCAR-a hücum edənlərə pas ötürməsidir

3-06-2024, 10:24           
Netanyahunun oğlunun paylaşdığı təxribatçı xəritə SOCAR-a hücum edənlərə pas ötürməsidir
Təəssüf ki, İranda məlum dairələrin “Azərbaycan İsrailə neft satışını durdurmalıdır”, “Azərbaycan neft satmasa İsrail müharibə apara bilməz” kimi şüarlarına və məqalə başlıqlarına Türkiyədə də inananlar var.
Əks halda Türkiyənin ən böyük yatırımçısı olan Azərbaycan Dövlət Neft Şirkətinin İstanbuldakı ofisinə hücum təşkil edilməzdi. Bu hücumu təşkil edən və planlaşdıranlar İrandakı mərkəzlərin əlinə oynayır və Türkiyə-Azərbaycan strateji müttəfiqliyinə kölgə salmağa çalışırlar.
Başda Misir olmaqla bir neçə ərəb dövləti də enerji sahəsində İsraillə sıx əməkdaşlıq edir, ancaq onların adlarını çəkən yoxdur. İsraili idarə edənlər də diqqətli olsunlar.
Baş nazir Benyamin Netanyahunun oğlunun paylaşdığı “kürd xəritəsində” Azərbaycana ərazi iddiası var və bu təxribatdır.
Netanyahunun oğlunun paylaşdığı təxribatçı xəritə SOCAR-a hücum edənlərə pas ötürməsidir. İsrail Xarici İşlər Nazirliyinin bu məsələyə aydınlıq gətirməsinə ehtiyac var.
Elxan Şahinoğlu
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru