Azərbaycanda yeni iş yerləri ilə bağlı statistika “delfin statistikasıdır”...

4-06-2024, 10:24           
Azərbaycanda yeni iş yerləri ilə bağlı statistika “delfin statistikasıdır”...
2024-cü ilin ilk 3 ayı, 1-ci rübü ilə bağlı bəzi statistik məlumatlar açıqlanıb – yeni iş yerləri ilə bağlı rəqəmlər diqqətimi çəkdi.
2024-cü ilin birinci rübü ərzində ölkədə 22,5 min yeni iş yerləri açılıb və bu iş yerlərinin 80%-i (!!!), yəni hər 10 iş yerindən 8-i Bakının payına düşür.
Soruşsanız ki, bəs işğaldan azad edilmiş regionlarımızda nə qədər iş yeri açılıb, onu da deyim - 2024-cü ilin I rübündə cəmi 292 yeni iş yeri açılıb.
Fərqi, mənzərəni təsəvvür edirsinizmi?! Biz 4 ildir bu haqda danışırıq, hökuməti izah etməyə çalışırıq ki, indiki idarəetmə sistemi, iqtisadi model qalsa, Qarabağ və Şərqi Zəngəzura orqanik köç çətin olacaq, hətta ilk mərhələdə köçənlər sonradan Bakıya dönməyə çalışacaq. Çünki, məhz bu modelə görə müstəqillikdən üzü bəri regionlardan Bakıya axın var, köç bitmir, bitməyəcək də - bütün iqtisadi, mədəni, sosial fürsətlərin Bakıda cəmlənməsi başqa nəticə doğura bilməz.
P.S. Azərbaycanda yeni iş yerləri ilə bağlı statistika “delfin statistikasıdır” – dünyada belə bir statistika aparılır ki, delfinlər indiyədək dəniz və okeanlarda batan neçə nəfəri xilas edib, amma delfinlərin sahilə deyil də, dənizin-okeanın dərinliklərinə apardıqları insan sayı, təbii ki, məlum deyil. Bizdə də belədir – iş yerləri açılanda xəbər olur, qapanan iş yerləri ilə bağlı isə məlumatlar açıqlanıb səbəbləri müzakirə edilmir...

Natig Cəfərli
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru