"Cənnəti əldə etmək üçün gərək pul xərcləyəsən" - MÜFTƏ HEÇ NƏ YOX İMİŞ...
4-06-2024, 18:54

Xəbər verdiyimiz kimi, Azərbaycan zəvvarlarının ilk qrupu Həcc ziyarətinə yola düşüb. Ümumilikdə 1 500 nəfərlik kvotanın ayrıldığı səfərlərin ilk qrupu 05:35-də Məkkə inzibati dairəsinin Ciddə şəhərinə yola salınıb. QMİ-nin Xarici əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistem məsulu Vüsal Cahangiri "Report"a açıqlamasında deyib ki, Məkkədə olan nümayəndə heyəti Həccdən öncəki hazırlıqları, zəvvarların hava limanında qarşılanması, yerləşdiriləcəyi hotellərin müəyyənləşdirilməsi, xidmət personalı, qidalanma və s. məsələlərin həllini təmin edəcək. Azərbaycanda Həcc ziyarətinin bir nəfər üçün qiyməti 5 min 850 ABŞ dolları təşkil edir. Bəs qiymətlər niyə bu qədər bahadır.
Məsələ ilə bağlı iqtisadçı Xalid Kərimli Sonxeber.az- açıqlama verib.
O bildirib ki, həcc ziyarətindəki qiymət artımının səbəbi təyyarə biletləti, Məkkə şəhərində olan otellərin qiymətindəki artımdır.
"Bu din turizmidi. Digər turizmlərdən fərqi odur ki, dini hisslərlə insanlar davranır. Amma məntiq eynidir Bu turizm monopolistlikdir. Yəni bu turizmi təşkil edənlər özləri üçün lisenziyalaşma qurublar. Yəni hamı dini turlar təşkil edə bilmir. Onula əlaqədar dini struktur olur. Monopoliyanın olması rəqabəti boğur. Bu zaman qiymətlər tur işləri ilə məşğul olan şəxslərin vicdanı və dini hisslərinə qalır.
Rəqabət yoxdur. Qiymətlərin niyə bahadır sualına isə cavab vermək çətindir. Çünki bazar qiyməti deyil. Biraz məhdudiyyətlər var. Qiymətlər əvvəl də baha idi. Bu ildəki artım biraz obyektivdir. Çünki xərclər artıb. Təyyarə biletləti, Məkkə şəhərində olan otellərin qiyməti də artıb.
Amma qiymətlərdən şikayət edirlərsə, gedməsinlər. Cənnət elə ucuz proses deyil ki, cənnəti əldə etmək üçün gərək pul xərcləyəsən".