HƏMAS İsraillə razılaşmaq üçün şərt qoydu.

5-06-2024, 12:04           
HƏMAS İsraillə razılaşmaq üçün şərt qoydu.
Livanın paytaxtı Beyrutda keçirilən mətbuat konfransında Həmdan, ABŞ prezidenti Co Baydenin açıqladığı 3 mərhələdən ibarət atəşkəs təklifi ilə bağlı açıqlamalar verib.

HƏMAS-ın vasitəçi tərəflərə “İsrailin daimi atəşkəs və Qəzzadan çəkilmə ilə bağlı dəqiq cavab verməsi” şərtini ifadə edən Həmdan deyib:

Müharibənin həmişəlik dayandırılması və Qəzzadan çəkilmə ilə bağlı dəqiq mövqeyi olmayan İsraillə heç bir razılaşma olmayacaq”.

Oktyabrın 7-dən bəri həbsdə saxladığı fələstinlilərin azad edilməsi üçün beynəlxalq ictimaiyyəti İsrailə təzyiq etməyə çağıran Həmdan, İsrail həbsxanalarında saxlanılan fələstinlilərə qarşı insan haqları pozuntularının artmasına diqqət çəkib.

Həmdan bildirib ki, onun Qəzzadakı israilli məhbusların azad edilməsi üçün şərtləri İsrail həbsxanalarındakı fələstinlilərin azad edilməsidir.

Qeyd edək ki,ABŞ prezidenti Bayden mayın 31-də Ağ Evdəki çıxışında İsrailin 3 mərhələdən ibarət yeni atəşkəs təklifi təqdim etdiyini bildirib.

İfrat sağçı maliyyə naziri Bezalel Smotrich və milli təhlükəsizlik naziri İtamar Ben-Qvir Netanyahunu ABŞ prezidenti Baydenin elan etdiyi atəşkəs təklifini qəbul edəcəyi təqdirdə hökuməti devirməklə hədələyib./AA












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru