Bloomberg: NATO sualtı kabellərə hücumlar zamanı internetə çıxış yollarını axtarır

9-07-2024, 12:54           
Bloomberg: NATO sualtı kabellərə hücumlar zamanı internetə çıxış yollarını axtarır
NATO Avropanın dənizaltı kommunikasiyalarına hücumlar zamanı internetə çıxış üçün alternativ vasitələrin tapılması layihəsinin maliyyələşdirilməsini dəstəkləyir.

Bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, NATO-nun elm proqramı hücumlar və ya təbii fəlakətlər zamanı məlumatların dənizaltı kabellərdən peyk sistemlərinə problemsiz və fasiləsiz yönləndirilməsinə imkan verəcək layihənin hazırlanması üçün qrantı təsdiqləyib. Layihə İslandiya, ABŞ, İsveç və İsveçrə alimləri tərəfindən hazırlanır. Onun ümumi dəyəri 2,5 milyon dollardır.

Alyansın elmi proqramının rəhbəri layihənin yaxın vaxtlarda icrasına başlanılacağını qeyd edib.

Aprelin 16-da NATO Hərbi Dəniz Qüvvələri Komandanlığının vitse-admiralı Didye Malter bildirib ki, Avropa təhlükəsizliyinin asılı olduğu dənizaltı rabitə şəbəkəsi son dərəcə həssasdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru