BAYDENDƏN BİR GÜNDƏ İKİ BİABIRÇI SƏHV - Vitse-prezidentini “Tramp” adlandırdı və... + VİDEO
13-07-2024, 13:04
Co Baydenin əqli və ümumi sağlamlıq durumu getdikcə doğrudan da tragikomik vəziyyət alır.
“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, ABŞ-nin hazırkı prezidenti NATO sammitindəki çıxışında həmin axşam ikinci dəfə haqqında danışdığı şəxsin soyadını səhv salıb. O, öz vitse-prezidenti Kamala Harrisi “Tramp” adlandırıb.
Beləliklə, yarışda iştirakını davam etdirməsi və öz vəzifəsini vitse-prezident Kamala Harrisə güzəştə getməsi barədə suala belə cavab verib: “Əgər onun(Kamala Harrisin-red.) prezidentlik üçün uyğun olduğunu düşünməsəydim, vitse-prezident Trampı(?) vitse-prezident vəzifəsinə seçməzdim”.
Bayden bu səhvini özü hiss etməyib və ABŞ-nin hazırkı vitse-prezidentinin prezident vəzifəsinə hazır olduğunu sübut etməyə davam edib. Bununla belə, o, özünü ən bacarıqlı namizəd hesab etdiyini bildirərək, yarışdan geri çəkilməsini istisna edib.
Bu səhvilə Bayden özü də bilmədən Trampın prezident vəzifəsinə uyğun olduğunu demiş olub və bunu isbatlamağa çalışıb. Əsl Donald Tramp isə artıq öz sosial şəbəkə sıhifəsində Baydenə ironik şəkildə bu cür cavab verib: “Əla işdir, Co!”.
Bundan əvvəl elə həmin sammitdə Bayden Ukrayna Prezidenti Volodimir Zelenskini mikrofona dəvət edərək onu “Putin” adlandırıb. Lakin sonradan səhvini düzəldib və bunu zarafata çevirib. Lakin Harrislə bağlı buraxdığı səhvi düzəltməyib.
Bu səhvlər NATO-nun ABŞ sammitinin nəticələrinə kölgə salıb və ABŞ-də sözügedən tədbirdən daha çox müzakirə olunan mövzuya çevrilib.
Qeyd edək ki, bundan az əvvəl Ağ Ev Baydenin degenerativ xəstəliklər, demensiya, alzheymer xəstəliyi və ya buna bənzər hər hansı bir xəstəlikdən əziyyət çəkmədiyini bəyan etmişdi.