Zelenski vətən xainlərinin dövlət mükafatından mərhum edilməsini təklif edib

17-07-2024, 16:34           
Zelenski vətən xainlərinin dövlət mükafatından mərhum edilməsini təklif edib
Ukrayna Prezidenti Volodimir Zelenski Ali Radaya xainlərin dövlət mükafatlarından məhrum edilməsini nəzərdə tutan qanun layihəsinə baxmağı təklif edib.

Bu barədə Zelenski xalqa müraciətində məlumat verib.

Prezidentin sözlərinə görə, qanun layihəsi Ukraynanın Cinayət Məcəlləsinə, Cinayət-Prosessual Məcəlləsinə və digər qanunvericilik aktlarına “təcavüzkar dövlətin təbliğinə və ya təşviqinə, Ukraynaya qarşı digər qanunsuz hərəkətlərə görə” dövlət mükafatlarından məhrumetmə ilə bağlı dəyişiklik edilməsini təklif edir.

Zelenski bildirib ki, Ukrayna indi bu cür insanları dövlət mükafatlarından məhrum etmək üçün mexanizmə ehtiyac duyur, çünki onlar yalnız satqın adlandırılmağa layiqdirlər.

Vurğulayıb ki, o, Radadan yaxın gələcəkdə belə bir qanun layihəsinə baxmağı xahiş edib.

Ukrayna Ali Radasının saytının yaydığı məlumata görə, Zelenskinin qanun layihəsi artıq Radaya təqdim olunub.

Ağır və ya xüsusilə ağır cinayətlərə görə məhkum olunmuşlar, Ukraynanın milli təhlükəsizliyinin əsaslarına, sülhə, bəşəriyyətin təhlükəsizliyinə və beynəlxalq hüquqa və asayişə qarşı cinayət törətməkdə təqsirli bilinənlər, Rusiyanı populyarlaşdıran və ya təbliğ edən şəxslər, hərəkətləri təcavüzkar dövlətin müsbət imicini yaratmağa, Ukrayna ərazisinin qanuni işğalına haqq qazandırmağa və tanımağa yönəlmiş şəxslər dövlət mükafatından məhrum olunacaqlar. (Azərtac)












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.