İlham Rəhimovun köməkçisi namizədliyini niyə geri götürüb? - AÇIQLAMA

16-08-2024, 17:39           
İlham Rəhimovun köməkçisi namizədliyini niyə geri götürüb? - AÇIQLAMA
Hüquq üzrə professor, tanınmış iş adamı İlham Rəhimovun köməkçisi Azad Yusif oğlu Məsiyev 106 saylı Tovuz seçki dairəsindən namizədliyini geri götürməsinə aydınlıq gətirib.

O, Pravda.az-a açıqlamasında 106 saylı dairədə rəqibi Yeni Azərbaycan Partiyasını təmsil edən VI çağırış Milli Məclisin deputatı, professor Nizami Səfərovun təzyiqləri səbəbindən geri çəkilməsi barədə iddialara belə cavab verib:

İlham Rəhimovun köməkçisi namizədliyini niyə geri götürüb?

“106 saylı Tovuz seçki dairəsində deputatlığa namizədliyimi irəli sürmüşdüm. İmzatoplama kampaniyasını uğurla başa vurub, qeydiyyatdan keçmişdim. Qısa müddətdə kifayət qədər təbliğat-təşviqat qrupu da yaratmışdım. Yeni Azərbaycan Partiyasının qərarı ilə 106 saylı seçki dairəsinə professor Nizami Səfərovun deputatlığa namizədliyi irəli sürüldü. Nizami müəllimi şəxsən tanıyıram. Onunla aramızda heç bir konflikt, gərginlik yoxdur. O, öz təbliğat işini qurub və kifayət qədər uğurla həyata keçirir. Namizədliyimi siyasi reallıqları nəzərə alaraq geri götürmüşəm. Çünki professor Nizami Səfərovun arxasında YAP kimi böyük siyasi gücə malik partiya var. Bütün Partiya onu müdafiə edir. Könüllü olaraq namizədliyimi geri götürdüm. Bu məsələdə heç bir siyasi çalar axtarmağa ehtiyac yoxdur. Kütləvi informasiya vasitələrində, təbliğat-təşviqat işində dövlətçiliyi müdafiə edəcək namizəd kimi mövqeyimi açıq şəkildə bəyan etmişdim. Nizami müəllimə uğurlar arzulayıram. Yəqin ki, təşviqat kampaniyasını uğurla başa vuracaq. Siyasət reallığı tələb edir. Mən də fəaliyyətimdə reallığı nəzərə alan bir şəxsəm. Tovuz camaatına böyük minnətdarlığımı bildirirəm ki, təbliğat-təşviqat prosesində mənə dəstək verdilər. İkinci reallıq da dediyim kimi, Nizami müəllimin arxasında böyük siyasi partiya durur. Mənə qarşı heç bir təzyiq də yoxdur. Ərizəmdə də qeyd etmişəm ki, heç bir təzyiqdən söhbət gedə bilməz...”












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru