Rusiyaya aid 400-dən çox şirkətə sanksiya tətbiq olundu
24-08-2024, 10:18
ABŞ-nin Maliyyə Nazirliyi Rusiyanın müdafiə naziri Andrey Belousovun oğlu Pavel Belousov da daxil olmaqla, bu ölkəyə aid 400-dən çox şirkət və fiziki şəxsə sanksiya tətbiq edib. Teref yazır ki, TASS məlumat yayıb. Məlumata görə, məhdudiyyətlərin qeyd olunduğu siyahıda sanksiyaların tətbiq olunduğu subyektlərlə əməkdaşlıq edən Avropa, Asiya və Yaxın Şərq regionunda yerləşən kommersiya qurumları da var. Bu sanksiyalar Rusiya tərəfinin maliyyə texnologiyaları, IT sektoru, metallurgiya, faydalı qazıntı hasilatı və emalı, aviasiya, müdafiə sənayesi, atom enerjisi, o cümlədən pilotsuz uçuş aparatlarının istehsalı sahələrində fəaliyyət göstərən şirkətlərini əhatə edir. Onların arasında “Rosatom” da var. Belə ki, sözü gedən korporasiyaya texnoloji avadanlıq və vasitələrin ixracı qadağan olunur.