Ukraynanın Müstəqillik günüdür

25-08-2024, 11:34           
Ukraynanın Müstəqillik günüdür
Ukraynanın Müstəqillik günüdür – dost və cəsur Ukrayna xalqını təbrik edirəm, apardıqları varolma mücadiləsində uğurlar arzu edirəm.
Son zamanlar Ukraynada bəzi ağılsız və düşüncəsiz şəxslər Azərbayan-Ukrayna əlaqələrinə zərbə vurmağa çalışırlar, SOCAR-la bağlı boykot çağırışları da oldu. Yaxşı ki, Ukraynanın ağıllı və müdrik ictimai fikir liderləri bu kampaniyanın böyüməsinə imkan vermədilər, amma cəhdlər davam edəcək.
Əsas etiraz doğuran, hətta sadə, səmimi ukraynalıların kafasını qarışdıran məsələ SOCAR-ın “Qazprom”-la bağladığı müqavilələrdir. Ukraynada bəziləri, əsasən də Ermənistanla yaxınlığı ilə seçilənlər bunu “xəyanət” kimi təqdim etməyə, ictimai fikri çaşdırmağa çalışdılar. Həqiqət budur ki, Azərbaycandan daha çox qaz istəyən Ukraynaya böyük dəstək verən Avropadır. AB-ölkələri və strukturları Azərbaycandan 2027-ci ildə 20-21 mlrd. m3 qaz almaq istəyirlər – bizim o qədər qaz ehtiyatımız yoxdur, AB də bunu gözəl bilir, bizim hələ Gürcüstan və Türkiyə qarşısında da ümumən 6-8 mlrd. m3 arası illik qaz satmaq öhdəliyimiz də var. Ona görə də, əlavə mənbəələrə ehtiyac yaranıb, Türkmənistan-İran-Azərbaycan revers müqaviləsi var, indi də Rusiyadan əlavə daxili ehtiyaclarımız üçün qaz alıb, sərbəst qalan öz qazımızı da AB-ya satmaq kimi niyyət var. Bunun nəyi pisdir ki?! Birincisi, qaz Rusiyaya qarşı sanksiyalara salınmayıb, ikinci də, dediyim kimi, AB ölkələri və qurumları ÖZLƏRİ bunda maraqlıdırlar.
Azərbaycan Rusiyada çox ucuz qaz alıb öz ehtiyacını ödəyib, AB-ya daha çox qaz satması elə Ukraynanın da marağındadır. Rəsmi Kiyev yaxşı bilir ki, qaz məsələsi AB üçün həssas məsələdir – 2,5 ildir Rusiya Ukraynaya təcavüz edib, işğal edir, bombalayır, dinc əhalini qırır, amma Ukrayna ərazisindən boru ilə Rusiya qazı kəsintisiz olaraq Avropaya nəql edilir, yəni, Ukrayna ÖZ ərazisindən keçən Qazprom qazına etiraz edə bilmirsə, şərait yaradırsa, SOCAR-la Rusiyanın qaz anlaşmasına niyə etiraz etməlidir ki?!
Rusiya zəifləyir-zəifləyəcək, qonşulara möhtaclığı artır-artacaq, əgər Azərbaycan qardaş Türkiyə ilə hərbi-strateji ittifaq qurub Şuşa Bəyannaməsinə görə ərazi bütövlüyümüzün birgə qorunması “çətirini” NATO dövləti olan Türkiyə ilə artıq təmin edibsə, nədən zəifləyən Rusiyadan istifadə etməyək?! Azərbaycan-Türkiyə hərbi müttəfiqliyindən sonra bizim üçün indi Rusiya “Ayı” deyil, sağmal “inəkdir” – zatən hamı “südündən-qatığından-yağından” UCUZ qiymətə bəhrələnir, Çin, Hindistan, Türkiyə, Ermənistan, hətta dolayı yolla Qərb də “inək sağmaqla” məşğuldular, biz nədən kənarda qalaq ki?!
Natig Jafarli
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru