Bayden səlahiyyətlilərə İsraillə əlaqə saxlamağı tapşırıb

25-08-2024, 10:21           
Bayden səlahiyyətlilərə İsraillə əlaqə saxlamağı tapşırıb
Amerika prezidenti Co Bayden, İsrail ordusu ilə Hizbullahın raket zərbələri mübadiləsi apardığı Yaxın Şərqdə növbəti eskalasiyadan sonra rəsmilərə İsrail tərəfi ilə əlaqə saxlamağı tapşırıb.

Bu barədə “The New York Times” ABŞ Milli Təhlükəsizlik Şurasının nümayəndəsi Şon Savetə istinadən yazır.

Qeyd olunur ki, Bayden Yaxın Şərqdəki vəziyyəti diqqətlə izləyir

“Bayden milli təhlükəsizlik rəsmilərinə israilli həmkarları ilə daim əlaqə saxlamağı tapşırıb”, – jurnalistlər yazır.

Bundan əvvəl İsrailin müdafiə naziri Yoav Qalant İsrail ordusunun Hizbullaha zərbələrindən sonra Pentaqon rəhbəri Lloyd Ostin ilə danışıqlar aparıb.
RİA Novosti












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru