“Durovun həbsi onun Bakı səfəri və Putinlə mümkün görüşü ilə bağlıdır“ - Rusiya nəşri

26-08-2024, 00:06           
“Durovun həbsi onun Bakı səfəri və Putinlə mümkün görüşü ilə bağlıdır“ - Rusiya nəşri
"Durovun həbsi birbaşa onun Bakı səfəri və Putinlə mümkün görüşü ilə bağlıdır."

Bu barədə "RussianNews"-da dərc edilən məqalədə bildirilib.

“Bu, Qərb ölkələri üçün son nöqtə idi”-, deyə bildirilib.

Qeyd edilib ki, Durov Fransa hakimiyyəti ilə əməkdaşlıq etməsə, 25 il həbs cəzası ala bilər. Telegram-ın taleyi isə qeyri-müəyyəndir.
"Fransa hakimiyyəti Durovun Kremllə əməkdaşlığının nə qədər dərin olduğunu anlamaq istəyir. Telegram üçün pis günlər gəlir. Durovun Bakı səfəri faciəvi oldu." -, deyə nəşrdə dərc edilən məqalədə qeyd edilib.

TF1 isə xəbər verir ki, Durov Fransada axtarışda olan şəxslər siyahısına daxil edilib. Onun saxlanmasına dair order Fransa məhkəmə polisi tərəfindən ilkin istintaqa əsasən verilib. Fransa hakimiyyəti teleqramda moderasiyanın olmaması səbəbindən Durovu narkotik alverində, uşaqlara qarşı cinayətlərdə və dələduzluqda günahlandırır. İddialara görə, iş adamını 20 ilə qədər həbs gözləyir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru