Франция сдурела və ya Durovun həbsi haqda İsti-isti

26-08-2024, 12:04           
Франция сдурела və ya  Durovun həbsi haqda İsti-isti
Bəli, xeyli vaxtdır nəhəng İnformasiya Korporasiyaları sahiblərinin qlobal elitasının dövlətlərə meydan oxumasını, hakimiyyətə gəlmə həvəslərini müşahidə edirdik. Bu, BigTech elitasının böyük maliyyə resursları, kütlələrə təsir imkanları, müstəqil siyasətləri, xüsusi hərbi birlikləri özlərini Hakim-i Mütləq sanan Dünya liderlərini qorxuya salmışdı.
Və ilk qurban kimi “Telegram”ın qurucusu Pavel Durovu seçdilər.
Durovu Parisdə şəxsi təyyarısindən çıxarkən həbs etdilər.
Fransa vətəndaşı idi və rəsmilər onu Fransa təhlükəsizlik qüvvələri ilə əməkdaşlıq etmədiyinə görə gözaltına alındığını deyirlər.O, narkotik vasitələrin qanunsuz dövriyyəsində və digər ağır cinayətlərdə ittiham olunur.
Doğrusu, kimsəyə sirr deyil ki, Telegram dünyada təkcə sosial şəbəkə kimi deyill, həm də narko-satıcılar arasındakı kommunikasiya vasitəsi kimi tanınır.
Bəs Durovun həbsi təkcə bununlamı bağlıdır?
Bəlkə Durovun həbsi ABŞ tərəfindən sifariş edilib, nə deyirsiz?
Sirr deyil ki, Ukrayna cəbhəsində rus əskərləri, eləcə də generallar öz aralarında “Telegram”la əlaqə saxlayırlar.
Digər tərəfdən “Telegram” qurulduğu gündən Silikon Vadisi mərkəzli sosial şəbəkələrin, yəni FB, Instagram, xüsusilə də Whatsapp-ın ən ciddi rəqibinə, qorxulu röyasına çevrilmişdi…
İsti-isti bunları yazdım.
Ancaq onu da deyim ki, III Dünya müharibəsi paranoyası və yeni konspiroloji zəvzəkləmələr üçün əla materiallar çıxacaq, hazırlıqlı olun…
https://t.me/ibrahim_nebioglu
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru