Lavrov: Rusiya Ukrayna ilə bağlı danışıqlara hazır idi, ancaq...

30-08-2024, 16:53           
Lavrov: Rusiya Ukrayna ilə bağlı danışıqlara hazır idi, ancaq...
Rusiya XİN rəhbəri deyib ki, ölkəsinin danışıqlara hazır olması heç kəsdə şübhə yaratmamalı idi.
Rusiya hər zaman Ukrayna ilə bağlı danışıqlara hazır olub, lakin Kiyevin Kursk bölgəsindəki avatürasından sonra bu artıq aktual deyil. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.
"Bizim danışıqlara hazır olmağımız heç kəsdə şübhə yaratmamalı idi. Kursk vilayətindəki avantüradan sonra bu məsələ ilə bağlı hər hansı söhbətin əhəmiyyəti yoxdur. Kiyev rejimi və onun Qərb himayədarları tərəfindən bütün əvvəlki təşəbbüslər və razılaşmalar məhv edildikdən və sabotaj edildikdən sonra iyun ayında prezident Putin növbəti dəfə sülh təşəbbüsü irəli sürmüşdü" - Lavrov Seneqal Xarici İşlər Nazirliyinin rəhbəri ilə danışıqların yekunu üzrə jurnalistlərə bildirib.
Xatırladaq ki, bir müddət əvvəl Rusiya Prezidenti Vladimir Putin Ukrayna ilə danışıqlar üçün şərtləri açıqlayıb. O bildirib ki, Ukrayna qoşunları "Donetsk və Luqansk xalq respublikaları"nın bütün ərazisindən, Zaporojye və Xerson vilayətlərindən çıxarılmalıdır, o zaman Rusiya danışıqlara hazır olacaq.
"Ukrayna qoşunları Donetsk, Luqansk xalq respublikaları, Xerson və Zaporojye vilayətlərindən tamamilə çıxarılmalıdır. Mən buna diqqəti cəlb edirəm: bu vilayətlərin Ukraynaya daxil olduğu zaman mövcud olan inzibati sərhədləri daxilində Kiyev belə bir qərara hazır olduğunu bəyan edən və bu bölgələrdən qoşunların real çıxarılmasına başlayan, həmçinin NATO-ya daxil olmaq planlarından imtina barədə rəsmi məlumat verən kimi bizim tərəfimizdən dərhal atəşkəs elan ediləcək və danışıqlara başlanması barədə əmr veriləcək" - Putin qeyd edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.