Namizədi qalib oldu, partiya seçki nəticələrindən narazı qaldı - 6 məntəqənin nəticələrinin ləğvi istənilir

5-09-2024, 07:54           
Namizədi qalib oldu, partiya seçki nəticələrindən narazı qaldı -
ReAl partiyası növbədənkənar parlament seçkilərində qalib olmuş namizədi Erkin Qədirlinin dairəsindəki nəticələrdən narazıdır.

"AzPolitika" xəbər verir ki, bu barədə partiyanın sosial şəbəkə hesabından paylaşım edilib.

Sözügedən paylaşımda 6 məntəqənin nəticələrinin ləğvi tələb olunub.

"1 sentyabr 2024-cü il tarixində keçirilmiş növbədənkənar parlament seçkilərinin ilkin protokollarına əsasən 16 Saylı Yasamal İkinci Seçki Dairəsində lider namizəd olan Qədirli Erkin Toğrul oğlu qalib elan olunduğu 6 məntəqənin nəticələrinin ləğvi üçün Dairə Seçki Komissiyasına bugün şikayət ərizəsi ilə müraciət etdi. Şikayət olunan məntəqələrədə seçici aktivliyini süni formada artırmaq məqsədilə səs vermiş seçicilərin sayı olduğundan artıq göstərilib",- deyə paylaşımda bildirilir.

Qeyd edək ki, 16 saylı Yasamal ikinci seçki dairəsində mübarizə aparan E. Qədirli 6 min 498 səs (49,4 faiz) toplayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru