Putin: "Okean-2024" təlimləri zamanı yüksək dəqiqlikli silahlardan istifadə ediləcək

11-09-2024, 11:48           
Putin: "Okean-2024" təlimləri zamanı yüksək dəqiqlikli silahlardan istifadə ediləcək
Dövlət başçısının sözlərinə görə, bu məsələlər xüsusi hərbi əməliyyat zamanı əldə edilmiş təcrübə nəzərə alınmaqla işlənəcək.
Sputnik. "Okean-2024" təlimləri zamanı yüksək dəqiqlikli silahlardan kompleks istifadə məsələləri işlənəcək. Bunu Rusiya prezidenti Vladimir Putin bildirib.
"Okean-2024" komanda-qərargah təlimlərinin aktiv mərhələsində Putin deyib ki, yüksək dəqiqlikli silahların, eləcə də digər müasir və qabaqcıl silahların kompleks istifadəsi məsələləri işlənəcək".
Dövlət başçısının sözlərinə görə, bu məsələlər xüsusi hərbi əməliyyat zamanı əldə edilmiş təcrübə nəzərə alınmaqla işlənəcək.
Putin həmçinin qeyd edib ki, təlimlər zamanı Hərbi Dəniz Qüvvələri və Aerokosmik Qüvvələrinin komanda-nəzarət orqanlarının, birlik və birləşmələrinin döyüş hazırlığının əsas aspektlərinin ətraflı yoxlanılması, onların hərəkətlərinin ardıcıllığının müəyyənləşdirilməsi planlaşdırılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru