"Sabah Rusiya hərbçilərinin İran və Türkiyə ilə sərhəddə qalıb-qalmayacağını müzakirə edə bilərik..." - tert.am

11-09-2024, 11:00           
"Sabah Rusiya hərbçilərinin İran və Türkiyə ilə sərhəddə qalıb-qalmayacağını müzakirə edə bilərik..." - tert.am
“Biz bu gün hələlik bu məsələni müzakirə etmirik, amma sabah Rusiya sərhədçilərinin Ermənistanın İran və Türkiyə ilə sərhədlərində qalıb-qalmayacağını müzakirə edə bilərik. Biz müstəqil dövlətik, biz ölkəmizin sərhədlərini qorumalıyıq, bizi üçüncü ölkə qorumamalıdır”.

Moderator.az xəbər verir ki, tert.am-ın yaydığı məlumata görə, bunu “24News” kanalına müsahibəsində Ermənistan parlamentinin hakim “Vətəndaş sazişi” fraksiyasının deputatı Qagik Melkonyan söyləyib.

Azərbaycanda ləğv olunmuş separatçı-terorçu rejim rəhbərliyinin İrəvandakı tör-töküntülərininn fəaliyyətinə toxunan deputat qeyd edib ki, “artsaxın artıq rəhbərliyi yoxdur, çünki artsax ləğv edilib. Onlar artsaxı dağıtmağa gəliblər, onlar Ermənistanı Rusiyanın quberniyasına çevirmək və ölkəyə öz aralarından bir rəhbər təyin etmək istəyirlər”.

Deputat qeyd edib ki, separatçı rejim rəhbərliyi Ermənistanda “ikinci hökumət” açıb, “mitinqlərdə iştirak edirlər, altı aydır hakimiyyəti dəyişmək istəyirlər, amma bunu görməyəcəklər”.

“Qarabağdan köçmüş ermənilər burda yaşasınlar, işləsinlər, amma məmləkətimizin işlərinə qarışmasınlar, özlərinə qonaq kimi baxsınlar, ev sahibi olmaq istəməsinlər. İyirmi ildir ev sahibi olublar, ona görə ölkə bu vəziyyətdədir", -deyə Q. Melkonyan vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru