Kamala Harris populyarlıq baxımından Trampı qabaqlayır

13-09-2024, 16:08           
Kamala Harris populyarlıq baxımından Trampı qabaqlayır
ABŞ prezidentliyinə namizəd Kamala Harris son debatdan sonra milli səviyyədə populyarlıq baxımından rəqibi Donald Trampı qabaqlayır.

Gununsesi.info xəbər verir ki, bu, “Reuters” və “Ipsos”un sorğusundan irəli gəlir.

Sorğunun nəticələrinə görə, Harrisin reytinqi 47%, Trampın reytinqi isə 42% təşkil edir.

Seçicilərin 53%-i Kamala Harrisin qalib gəldiyini bildirib. Donald Trampın qazandığı mövqeyi respondentlərin 24%-i bölüşür.

Bundan əlavə, respondentlərin 52%-i Trampın tədbir zamanı kəkələdiyini və inandırıcı görünmədiyini deyib.

Qeyd edək ki, Tramp-Harris debatı sentyabrın 10-da baş tutub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru