Səfirlikdən təkzib: Heç bir iranlı zabit qaçırılmayıb

13-09-2024, 17:48           
Səfirlikdən təkzib:
İranın Dəməşqdəki səfirliyi İsrail mediasının Suriyanın Masyaf bölgəsinə hücum və iranlı zabitlərin qaçırılması iddiasını təkzib edib.

Yenisabah.az xəbər verir ki, səfirlik öz X hesabında yazıb:

“İsrail rejimi 11 aylıq uğursuzluqdan sonra elə bir ümidsizlik səviyyəsinə çatıb ki, özünü xilas etmək üçün uşaqları öldürmək və yalan yaymaqdan başqa yol görmür”.

Diplomatik nümayəndəlik Məsyafın bombalanması zamanı heç bir iranlı məsləhətçinin xəsarət almadığını da açıqlayıb:

“İranlı müşavirlərdən heç birinin zərər görmədiyi işğalçı rejimin Suriyaya cinayətkar hücumunu pisləyərək bəyan edirik ki, İsrail rejiminin iddiaları yalandır”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru