ÇOCUQ ARABASI

14-09-2024, 11:54           
ÇOCUQ ARABASI
Almaniyada bir iqtisad professorunun qızı uşağına çocuq arabası almaq istəyir.
Mağazada qiyməti 700 avrodur.
Ancaq internetdə Çin malı eyni arabanın 250 avro olduğunu görür.
Atasına “Səncə, hansını alım?” deyə soruşur.
“Seçimi özün et” deyir professor.
Qızı gedib 700 avroya alman malı alır.
Atası niyə bahalı olanı seçdiyini soruşur.
Qızı izah etməyə başlayır.
Çin malını almış olsaydım:
–O pul xaricə gedəcəkdi;
–Alman çocuq arabası istehsal edən zavod işçi ixtisar edəcəkdi;
–İşsiz insanın pul xərcləməsi azalacağı üçün dövlətin vergi gəlirləri də azalacaqdı;
–Dövlətimizin gəliri azalacağına görə uşağıma yaxşı təhsil verilməyəcəkdi;
–Uşağımın təhlükəsizliyi və rahat həyatı pis təmin olunacaqdı;
–Ketfiyyətli səhiyyə xidməti göstərilməyəcəkdi...
Qızı arqumentlərini “Alman məhsulu almaqla övladımın gələcəyini təminat altına aldım”
sözləri ilə bitirir.
Atası qızı ilə qürur duyduğunu söyləyir, onu təbrik edib, “Mən ölkəm üçün yaxşı vətəndaş yetişdirmişəm” deyir…
Ona görə də Almaniyanın illik xarici ticarət profisiti* 225 milyard avrodur;
Bu ictimai şüuruna görə alman xalqı Avropa Birliyinin lokomotividir..
* profisit – büdcə gəlirlərinin büdcə xərclərindən artıq olan məbləği
https://t.me/ibrahim_nebioglu












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru