Avropada nüvə münaqişəsi olarsa, ABŞ okeanın arxasında gizlənə bilməyəcək

16-09-2024, 15:04           
Avropada nüvə münaqişəsi olarsa, ABŞ okeanın arxasında gizlənə bilməyəcək
Rusiyanın ABŞ-dakı səfiri Vaşinqtonu odla oynamamağa çağırıb.
BAKI, 15 sentyabr - Sputnik. Avropada nüvə münaqişəsi baş verərsə, ABŞ okeanın o tayında rahat şəraitdə həyatına davam edə bilməyəcək.
Bunu Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov “Rossiya-24” telekanalının efirində bildirib.
Onun sözlərinə görə, Rusiya Federasiyası dəfələrlə təsdiqləyib ki, nüvə dövlətləri, xüsusən də ABŞ və Rusiya arasında nüvə müharibəsi ola bilməz. Belə bir münaqişədə qalib olmayacaq.
“Ancaq ABŞ-da bir növ illüziya var ki, əgər münaqişə baş versə, o, ABŞ ərazisinə keçməyəcək” - Antonov vurğulayıb. O, həmçinin əlavə edib ki, Birləşmiş Ştatlara çatdırmağa çalışır ki, ABŞ okeanın o tayında sakit həyatına davam edə bilməyəcək, çünki nüvə münaqişəsi hamıya təsir edəcək.
Rusiyanın ABŞ-dakı səfiri Vaşinqtonu odla oynamamağa çağırıb.
Bundan əvvəl Antonov ABŞ-ın Ukrayna münaqişəsində hər iki tərəfdən slavyanların ölümündən razı qalması ilə bağlı fikirlərini bölüşüb. O, Qərbin əsas məqsədinin ABŞ-ın aparıcı rol oynadığı əvvəlki dünya sistemini qoruyub saxlamaq olduğunu vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru