ABŞ-ın rusiyalı jurnalistlərə qarşı sanksiyaları terror aktıdır - Rusiya XİN-in rəsmisi

16-09-2024, 15:34           
ABŞ-ın rusiyalı jurnalistlərə qarşı sanksiyaları terror aktıdır - Rusiya XİN-in rəsmisi
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi hesab edir ki, ABŞ-ın sanksiyaları “söz azadlığına, jurnalist peşəsinə və insan ləyaqətinə hücumdur”.
ABŞ-ın rusiyalı jurnalistlərə qarşı sanksiyaları “informasiya terroru”dur.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova yeddinci BRİKS Media Sammitinin açılışında deyib.
Diplomatın sözlərinə görə, məhdudiyyətlər Rusiyadan olan jurnalistlərin fiziki təhlükəsizliyinə təhdid kimi qiymətləndirilə bilər.
“Dünən rusiyalı jurnalistlər Amerika Birləşmiş Ştatlarının təcavüzünə məruz qalıblar. Onlar həm korporasiya kimi, həm də şəxsi keyfiyyətlərində əsl informasiya terror hücumuna məruz qalıblar” - Zaxarova bildirib.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi hesab edir ki, ABŞ-ın sanksiyaları “söz azadlığına, jurnalist peşəsinə və insan ləyaqətinə hücumdur”.
Bundan əvvəl “Rossiya Seqodnya” media qrupu və onun baş direktoru Dmitri Kiselyovun ABŞ-ın sanksiyalar siyahısına daxil edildiyi bildirilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.