"İnsanlar rahat səfər edə bilmirlər" - Pezeşkiandan İslam ölkələri ilə bağlı qınaq

17-09-2024, 10:14           
"İnsanlar rahat səfər edə bilmirlər" - Pezeşkiandan İslam ölkələri ilə bağlı qınaq
"Bütün müsəlmanlar qardaşdırlar və niyə onlar İslam ölkələrinə rahat səfər etməsinlər?"

"Azad İran" "Telegram" kanalının məlumatına görə, bu sözləri İran Prezidenti Məsud Pezeşkian bu gün baş tutan ilk mətbuat konfransında çıxışı zamanı deyib.
O bildirib ki, bütün müsəlmanlar qardaşdırlar. Həmçinin, İslam ölkələri arasında sərhədlərin olmasını qınayıb.

İran prezidentinin sözlərinə görə, müsəlman ölkələri öz iqtisadiyyatını və mədəniyyətini inkişaf etdirməli və bölgədə böyük bir güc olmalıdırlar.

Məsud Pezeşkian vurğulayıb ki, İslam ölkələrindəki müharibələri, döyüşləri bir kənara qoymaq lazımdır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.