Bəs niyə Miskin Abdal?
Dünən, 16:04
Aşıq Ələsgərin Bakı şəhərindəki heykəli sənətkarlıq baxımından çox müzakirə olunsa da siyasi anlamı böyükdür.
Aşıq Ələsgər - anadan olandan ölənədək düz 105 il Göyçə mahalının Ağkilsə kəndində yaşayıb. Bu dahi şəxsiyyətimiz bizim Göyçə mahalında varlığımızın simvoludur.
Amma bu məsələyə daha strateji yanaşmaq olardı:
Göyçə mahalında Dədə Ələsgərin kəndi Ağbulaqdan vur-tut 5 km. aralıdakı Sarıyaqub kəndində Miskin Abdal doğulub. O da Dədə Ələsgər kimi 105 il yaşamış söz sənətinin böyük ustadıdır.
Bəs niyə Miskin Abdal?
1) Miskin Abdal Dədə Ələsgərdən də 400 il əvvəl o torpaqlarda doğulub.
2) Miskin Abdaı Dədə Ələsgərin böyük təmsilçisi olduğu aşıq sənətinin məhz yaradıcısıdır ( ona qədər ozan gələnəyi vardı).
3) Miskin Abdalın böyük siyasi kimliyi həm də bu günkü Göyçə hədəfimizlə uzlaşır. Çünki Miskin Abdal Qızılbaş dövlətinin böyük dövlət adamı, ideoloqu, Şah İsmayıl Xətayinin fikir atası, Qızılbaş dövlətinin xarici siyasətinə yön vermiş bir şəxsiyyət idi.
Dövlətimizin həm Göycə mahalına, həm Səfəvi-Qızılbaş irsinə yönəlmiş strateji hədəfləri tələb edirsə Miskin Abdal kimi birinə heykəl qoyulmalı deyilmi?
Huseyn Həsənli
Miskin Abdal (Seyid Huseyn Məhəmməd oglu) - 1430-1535.
Miskin Abdal ozundə olan butun özəllikləri (həm ozanliq, həm sərkərdəlik, həm dğvlət idarəciliyi, həm Qizilbaş ideologiyasi) Şah Ismayila daha qabariq şəkildə ötürüb. Şah İsmayılın vəziri olub!
Səlcuqlunun fars vəziri Nizamulmulku əl üstündə tutan Türk tarixşünaslığı Miskin Abdalı görmür.
TEREF