Ukrayna müharibəsini bu diplomat həll edə bilər

8-11-2024, 07:34           
Ukrayna müharibəsini bu diplomat həll edə bilər
ABŞ-ın Almaniyadakı keçmiş səfiri, dövlət katibi vəzifəsinə namizəd olan Riçard Qrenell Ukraynadakı münaqişənin həlli ilə məşğul olacaq.

Qaynarinfo xəbər verir ki, bu barədə "Axios" portalı mənbələrə istinadən yazıb.

Məlumata görə, Qrenell prezidentlik kampaniyası zamanı Donald Trampa xarici siyasət məsələləri ilə bağlı məsləhətlər verib və böyük ehtimalla öz postunda Ukrayna münaqişəsinin həllində iştirak edəcək.

Portalın məlumatına görə, ABŞ dövlət katibi vəzifəsinə digər namizədlər senator Bill Haqerti və Trampın keçmiş milli təhlükəsizlik müşaviri Robert O'Brayendir. Bundan əlavə, jurnalistlər ABŞ Konqresinin nümayəndəsi Elise Stefanikin ölkənin BMT-dəki daimi nümayəndəsi vəzifəsinə namizəd hesab edildiyini bildiriblər.

Qrenell X sosial şəbəkəsində yazıb ki, tezliklə dünyaya sülh gələcək: "Amerika və dünya xilas oldu. Tezliklə sülh gələcək".

Bununla belə, o, hansı münaqişənin həll ediləcəyini və sülhün haradan gələcəyini açıqlamayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru