Trampın sülh planı: 1300 km demarkasiya xətti – Bu ərazi “alınır”

12-11-2024, 18:58           
Trampın sülh planı: 1300 km demarkasiya xətti – Bu ərazi “alınır”
“Donald Trampın “sülh planı” 1300 kilometrlik demarkasiya xəttini nəzərdə tutur. Bura Kursk vilayəti də daxil olacaq”.

Globalinfo.az xəbər verir ki, bunu rusiyalı hərbi analitik Dmitri Sneqirev deyib.

“Müharibənin dondurulması ilk növbədə ABŞ-a sərfəlidir. Bu plan Rusiyaya sərf etmir. Ona görə də Putin çətin ki Tramp ssenarisinin reallaşmasına razılaşsın. Məhz bu plana görə Rusiya indi Kursk vilayətində əks-hücumunu aktivləşdirib”, – deyə o bildirib.

O deyib ki, Ukrayna Trampın planına razılaşsa, ərazisinin 20% itirəcək:

“Ukraynaya hərbi-siyasi və iqtisadi təzyiq ediləcək. Ukrayna müdafiə qüvvələri 80% xarici faktordan asılıdır. ABŞ isə burada əsas partnyordur. ABŞ məhz bu təzyiq rıçağından yararlanacaq”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru