Ekspert: Qərbin Kiyevə nüvə silahı verməsi ağılsızlıq olar
1-12-2024, 00:09
Qərb Kiyevi nüvə silahı ilə təmin etmək istəyi çox ağılsız hərəkət olar.
Bizimyol.info xəbər verir ki, bu fikri Rusiya mətbuatına müsahibəsində siyasi və hərbi strategiya sahəsində analitik, İsveçrə Silahlı Qüvvələrinin Baş Qərargahının istefada olan polkovnik-leytenantı Ralf Bosşard deyib.
“Qərbin Ukraynaya nüvə silahı verməsi çox axmaq həkət olardı. Qərb mətbuatında belə bir şey tələb etmək qədər fanatizm ola bilər, lakin hökumətlər hələ də rasional hərəkət etməyə çalışır”, - deyə Bosşard qeyd edib.
Analitik: “Ukrayna çoxdandır ki, nüvə silahına ehtiyacı var. Bununla belə, Kiyev və Qərb nəzərə almalıdır ki, belə olan halda Rusiya artıq təmkin nümayiş etdirməli olmayacaq və özü də nüvə silahından istifadə edə bilər”, - deyə ekspert qeyd edib.
Rusiya prezidenti Vladimir Putinin “Oreşnik” hipersəs raket sisteminin, o cümlədən Kiyevdəki qərargah mərkəzlərinə hücumlar üçün mümkün istifadəsi ilə bağlı bəyanatına istinad edərək, Bosşard: “Putin bu cür mərkəzlərin harada yerləşdiyini bilməsəydi və “Oreşnik” raketinin istifadəsini səmərəsiz hesab etsəydi, belə açıqlama verməzdi”, - deyib.
Ekspertin sözlərinə görə, Rusiya rəhbərliyi də yaxşı bilir ki, “Rusiya şəhərlərinə raket hücumlarına səbəb olan qərarları Zelenski və ya Ukrayna hərbi rəhbərliyi deyil, ABŞ, Fransa və Böyük Britaniyanın zabitləri verir”.
Bosşarda görə, Rusiya şəhərlərinin atəşə tutulması davam edərsə, “Qərb ordusuna, eləcə də, ola bilsin, onlarla əməkdaşlıq edən, yüksək ixtisaslaşdırılmış biliyə malik və silahlı qüvvələri üçün vacib olan istehsal şirkətlərinə” cavab zərbəsi endirilə bilər.
“Oreşnik” sisteminin effektivliyindən danışan analitik Almaniya mətbuatının “Rusiyanın hipersəs silahlarının faydasız olduğunu” iddia edən nəşrlərini yalan adlandırıb. “Jurnalistlər Ukrayna təbliğatını heç bir tənqidi qiymətləndirmədən təkrarlayırlar”, - deyə Bosşard yekunlaşdırdı.
Vladimir Putin noyabrın 28-də Astanada jurnalistlərin suallarını cavablandırarkən deyib ki, Rusiya ən son “Oreşnik” hipersəs raket sistemindən, o cümlədən Kiyevdəki qərargah mərkəzlərinə hücumlar üçün istifadə edə bilər. Rusiya prezidenti həmçinin qeyd edib ki, Ukrayna nüvə silahı alacağı təqdirdə Rusiya bütün məhvetmə vasitələrindən istifadə etməyə məcbur olacaq.
Qadir, Bizimyol.info