Almaniya Kiyevə “Patriot” və “Gepard” qurğularını verəcək

3-12-2024, 08:38           
Almaniya Kiyevə “Patriot” və “Gepard” qurğularını verəcək
Almaniya artıq dekabrda Ukraynaya “Patriot” raket-buraxılış və “Gepard” özüyeriyən zenit qurğuları verəcək.

TASS xəbər verir ki, bu barədə Almaniya Kansleri Olaf Şolts Kiyevdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, dekabrda Ukraynaya, həmçinin təchizatı artıq elan edilmiş iki ədəd “IRIS-T” hava hücumundan müdafiə sistemi də veriləcək.

Şolts qeyd edib ki, 2025-ci ildə də Ukraynaya yeni silahlar, o cümlədən hava hücumundan müdafiə sistemləri, haubitsalar, hücum və kəşfiyyat pilotsuz uçuş aparatları, artilleriya mərmiləri, həmçinin 6 ədəd “Sea King” helikopteri də veriləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru