Gürcüstandakı etirazların arxasında Fransa durur?

12-12-2024, 09:34           
Gürcüstandakı etirazların arxasında Fransa durur?
Makron bu gün İvanaşviliyə zəng edib, ümumiyyətlə, bu gün Fransa Ermənistan və Gürcüstanda “güc göstətmək”, bolgədə Böyük Britaniyaya qarşı təsir mexanizmləri yaratmaq istəyir.
Gürcüstanda küçədə etiraz edənlərə halaldır, vətəndaş mövqeləri var, amma, işin kökündə seçkilər, rusiyapərəstlik, qərbdən imtina məsələləri yoxdur.
Məsələnin kökü 2022-ci ildə Fransanın, Makronun israrı, tələbi və Fransa məhkəməsinin qərarı ilə İsveçrənin məşhur “Credit Suisse” Bankında İvanaşvilinin 2,7 mlrd. funt sterlinq vəsaitinin dondurulması dayanır. Fransa və İsveçrə deyir ki, İvanaşvili bu pulu Rusiyada qazanıb deyə hesabları dondurulmalıdır – absurd iddiadır, çünki, İvanşvili o pulu Rusiyada 2002-ci ilə qədər qazanıb, sonra nəyi var idisə satıb (həyat yoldaşı Yekaterina Xvedelidzenin adına olan torpaq sahəsi və Moskva ətrafında böyük villadan başqa), aktivlərdən çıxıb pulunu Fransaya, İsveçrəyə köçürüb, faktiki olaraq, Putinin yeni “elitasından” qaçıb. İvanaşvili Saakaşvilinin dəvəti ilə Gürcüstana gəlib, 2008-2009-cu illərə qədər də yaxın sirdaş, dost, əqidədaş olublar. Sonra yolları ayrılıb, 2012-də “Gürcü Arzusu” partiyasını quraraq seçkilər yolu ilə hakimiyyətə gəlib.
Makronun zəngi yeni anlaşma cəhdidir, deyə bilər ki, Fransa vətəndaşı olan Salome Zurabaşvilini geri çəkirəm, etirazları dəstəkləməyəcəyik, sənin də pullarını qaytaracağıq, təki bizim istəklərimizi yerinə yetir (istəklər məsələsi uzundur, onu bir gün yazaram). Yəni, əgər bu gün Gürcüstandakı hadisələrə Rusiyanın dəxlisi varsa, bu elə Fransanın əli ilə var - hər iki ölkənin əsas hədəfi və rəqibi anqlosakslardır. Onlara qarşı istənilən formatda iş birliyinə gedirlər - elə Ermənistanda, Ukraynada və İranda da.
Hə, onu da deyim ki, İvanaşvili Fransa vətəndaşıdır – yəni, bu gün Gürcüstanda, həm də, iki Fransa vətəndaşının qarşıdurması var və bu konfliktdə maraqlı olan, bu yolla da əsas moderator olmağa çalışan olan Makron var...
Natig Cəfərli
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.