Maskın Trampın qərarlarına təsirləri çox şişirdilib.

23-01-2025, 15:18           
Maskın Trampın qərarlarına təsirləri çox şişirdilib.
Sam Altman istədiyini aldı, qaldı digər texnoloji liderlərin arzularının gerçəkləşməsi
Tramp ilk iş günündə 500 milyardlıq nəhəng, ağlasığmaz bir süni intellekt layihəsinə start verib.
OpenAİ, Oracle və SoftBank birgə Stargate mərkəzi formalaşdıracaqlar.
Bu mərkəz OpenAİ -nin, yəni CahtGPT-nin inkişafına dəstək verəcək.
Layihənin ciddiliyi ondan görsənir ki, 100 milyard artıq bu layihə üçün ayrılıb .
Layihə çərçivəsində süni intellekt infrastrukturu, yəni data mərkəzlər və onlar üçün vacib olan 5 Gigavatt gücündə enerji təminatı yaradılacaq.
Görünür ki, Trampın ABŞ-ı liderə çevirmək istəkləri çox ciddidir.
Xatırladıram ki, Çin OpenAİ ilə rəqabət apara biləcək DeepSeek layihəsi reallaşdırır, TikTok -un sahibi ByteDance və Huawei də bu sahəyə milyardlar yatırırlar.
Görünür ki, ABŞ liderliyi əldən vermək niyyətində deyil.
Bu arada, İlon Maskla soyuq münasibətdə olan Sam Altmanın ağlasığmaz məbləğdə bir investisiya əldə etməsi həm də onu göstərir ki, Maskın Trampın qərarlarına təsirləri çox şişirdilib.
Osman Gunduz
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru