HƏMAS İsraillə atəşkəsə sadiqliyini ifadə edir
14-02-2025, 16:34

HƏMAS militant qrupu cümə axşamı İsraillə atəşkəsə sadiqliyini ifadə edib. Bu arada isə vasitəçilər, atəşkəsin pozulduğuna dair ittihamlar və müharibəni davam etdirməklə bağlı təhdidlər fonunda döyüşlərin dayandırılmasını qorumağa çalışıblar.
“Biz Qəzza zolağında atəşkəs razılaşmasının pozulmasında maraqlı deyilik və biz onun həyata keçirilməsində və işğalın (İsrailin) buna tam əməl etməsini təmin etməkdə maraqlıyıq,” HƏMAS-ın sözçüsü Əbdül-Lətif Əl-Qanua bildirib.
Qanua həmçinin, onun sözlərinə görə, İsrailin baş naziri Benyamin Netanyahu və ABŞ prezidenti Donald Trampın "təhdid və hədə dili"ni tənqid edərək, onların atəşkəsin həyata keçirilməsinə kömək etmədiklərini deyib.
HƏMAS bu həftənin əvvəlində İsraili Qəzzada insanlara hava hücumlarını davam etdirməklə və yardıma mane olmaqla razılaşmanı pozmaqda ittiham edib. Qrup növbəti girovların azad edilməsinin təxirə salınacağını bildirib.
Netanyahu bildirib ki, şənbə günü daha çox girov azad edilməsə, döyüşlər davam edəcək, Tramp da bazar ertəsi bildirib ki, girovlar geri qaytarılmasa, “cəhənnəm qopacaq.”
Çərşənbə günü İsrail ehtiyatda olan hərbçiləri çağırandan sonra ölkənin müdafiə naziri İsrael Katz Trampın xəbərdarlığını təkrarlayıb.
“Əgər HƏMAS girovların azad edilməsini dayandırsa, deməli, atəşkəs yoxdur və müharibə gedir. O, əlavə edib ki, döyüşlər daha şiddətli olacaq və “Trampın Qəzza ilə bağlı vizyonunu həyata keçirməyə imkan verəcək.”
Tramp ABŞ-ın Qəzzanı ələ keçirəcəyi və fələstinlilərin geri qayıtmağa haqqının olmadığı planı müzakirə edib. Misir, İordaniya və Səudiyyə Ərəbistanı da daxil olmaqla, regionun digər ölkələri bu ideyanı rədd edib.
Tramp ABŞ-ın Qəzzanı ələ keçirməyu və fələstinlilərin geri qayıtmağa haqqlarının olmayacağı planı müzakirə edib. Misir, İordaniya və Səudiyyə Ərəbistanı da daxil olmaqla, regiondakı digər ölkələr bu ideyanı rədd edib.
Ötən ay atəşkəs qüvvəyə minəndən bəri ABŞ tərəfindən terror təşkilatı elan edilən HƏMAS 21 girovu, İsrail isə 730-dan çox məhbusu azad edib. Şənbə gününə nəzərəd tutulan növbəti mübadilədə İsrail tərəfindən həbs edilən yüzlərlə fələstinli məhbusun müqabilində daha üç israillinin azad edilməsinə çağırılır.
Qəzzada müharibə HƏMAS-ın 2023-cü ilin oktyabrında İsrailə qarşı 1200 insanın ölümünə və 250 nəfərin girov götürülməsi ilə nəticələnən terror hücumu ilə başlayıb. Yerli səhiyyə orqanlarının məlumatına görə, İsrailin əks-hücumunda yarısından çoxu qadın və uşaqlar olmaqla 48,200-dən çox fələstinli həlak olub. İsrail deyir ki, ölənlərin arasında 17 min militant var