“Hindistan nə tələb edirsə, biz də onu tələb edəcəyik" - Tramp Hindistan baş nazirini hədələdi

15-02-2025, 10:44           
“Hindistan nə tələb edirsə, biz də onu tələb edəcəyik" -
Məlum olduğu kimi, Hindistanın Baş naziri Narendra Modi Vaşinqtona səfərə edib və burada ABŞ Prezidenti Donald Tramp ilə görüşüb.

“AzPolitika” xəbər verir ki, Tramp və Modi Ağ Evdəki görüşdə ticarət də daxil olmaqla müxtəlif məsələləri müzakirə ediblər.

Tramp bildirib ki, Hindistandan idxal olunan məhsullara daha yüksək tariflər tətbiq etməyi düşünür. Tramp uzun müddətdir ki, Hindistanın gömrük siyasətindən narahat olduğunu bildirib və Modini “vergi kralı” kimi təsvir edib.

“Hindistan nə tələb edirsə, biz də onu tələb edəcəyik"- Tramp bildirib.

Modi isə öz növbəsində bəzi ABŞ mallarına tarifləri azaldacağını açıqlayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru