"Tramp 50 faiz pay istəyirdi, mən Ukraynanı sata bilməzdim" - Zelenski sirləri açır

19-02-2025, 17:48           
"Tramp 50 faiz pay istəyirdi, mən Ukraynanı sata bilməzdim" - Zelenski sirləri açır
"Tramp 50 faiz pay istəyirdi, mən Ukraynanı sata bilməzdim" - Zelenski sirləri açır
SAVASHMEDİA.az xəbər verir ki, bu sözləri Ukrayna prezidenti Vladimir Zelenski səsləndirilən seçki şərtini şərh edərkən deyib.

“Ukraynada sülh üçün hər şeyə hazıram. Təbii ki, Rusiya məndən qurtulmaq istəyir. Bəlkə də müharibənin əvvəlində etməyə çalışdıqları kimi fiziki yox, siyasi cəhətdən. Mən Putin üçün çox əlverişsiz insanam. Biz bir-birimizi tanıyırıq. Sabah Ukrayna Aİ və NATO-ya qəbul olunsa, bu vəzifə mənə heç lazım da olmayacaq. Amma bu baş verənə qədər mən ölkəmi müdafiə edəcəm”, – Ukrayna prezidenti Münhen Təhlükəsizlik Konfransı çərçivəsində alman jurnalist Sandra Maischberger-ə müsahibəsində deyib.

Ukrayna prezidenti Vladimir Zelenski Amerika lideri Donald Trampın onun “əhali arasında dəstəyinin 4%” olması ilə bağlı dünənki bəyanatını da dezinformasiya adlandırıb:

“Başa düşürəm ki, bunu ona Rusiyadan gələnlər deyib. Amma Tramp anlamalıdır ki, bu, tamamilə dezinformasiyadır".

Ukrayna lideri Vaşinqtonun Kiyevə 500 milyard dollar dəyərində silah-sursat verməsi barədə xəbərləri də təkzib edib.

“Trampın dedikləri ilə məndə olan rəqəmlər fərqlidir. Onların yardımı 500 milyard dəyərində deyildi. ABŞ nadir torpaq metalları haqqında sənəddə 50% pay istəyirdi. Amma təhlükəsizlik zəmanətləri haqqında bir kəlmə də yox idi. Orada aydın heç nə yoxdur. Mən dövləti sata bilmərəm", - Zelenski bildirib.

Rusiya ilə danışıqları şərh edən Ukrayna lideri deyib ki, o, “belə, gur alqışlar altında” heç nəyə imza atmayacaq. O, 2014-cü ilin iyununda Fransa, Almaniya, Rusiya və Ukraynanın iştirakı ilə Normandiya formatı üzrə danışıqları xatırladıb:

“Orada Fransa, Almaniya, Rusiya və mən Ukrayna təmsilçisi kimi olmuşam. Mən çox gənc və təcrübəsiz idim. Ancaq məni müvafiq sənədləri imzalamağa məcbur edə bilmədilər. Sənədi geri itələdim. Uzun müddət danışdıq, razılaşdıq, hətta qışqırdıq. Bu, altı saat fasiləsiz davam etdi".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.