Avropada sülhü yalnız o təmin edə bilər – Almaniya XİN rəhbəri

20-02-2025, 09:34           
Avropada sülhü yalnız o təmin edə bilər –
Avropada davamlı sülhü yalnız Avropa təmin edə bilər.

Bunu Almaniyanın xarici işlər naziri Annalena Berbok deyib.

XİN başçısı Rusiya və ABŞ arasında keçirilən müzakirələrə Avropanın dəvət edilməməsini tənqid edib, Avropa İttifaqının Rusiyaya qarşı 16-cı sanksiyalar paketini məmnuniyyətlə qarşıladığını bildirib.

Ukraynaya hərbi yardım mövzusunda sualları cavablandıran XİN rəhbəri Avropanın HHM sistemlərinin, PUA-ların alınması üçün milyard avroluq yardım paketi hazırladığını qeyd edib.

“Lakin Avropa İttifaqı olaraq burada dayanmamalıyıq. İkitərəfli səviyyədə Ukraynaya dəstəyimizi artıracağıq və bunun üçün büdcədə düzəlişlər etməliyik, istəsək də, istəməsək də”, – Berbok deyib./globalinfo.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru