Hakim Mask və DOGE-ın federal məlumatlara çıxışının, ixtisarlar etməsinin qarşısını almayıb
Dünən, 16:18

ABŞ federal hakimi çərşənbə axşamı milyarder İlon Mask və Hökumətin Səmərəliliyi Departamentinin (DOGE) hökumətin məlumat sistemlərinə daxil olmasını və ya işçilərin işdən çıxarılmasında iştirakını dərhal bloklamaqdan imtina edib.
ABŞ-ın dairə hakimi Tanya Çatkan Maskın səlahiyyətləri ilə bağlı legitim sualların olduğunu qəbul edib, amma müvəqqəti uzaqlaşdırma qərarına haqq qazandıracaq ciddi hüquqi ziyana dair dəlilin olmadığını bildirib.
Qərar, DOGE-ın həssas hökumət məlumatlarına daxil olmaq səlahiyyətinə etiraz edən 14 Demokratik ştatın açdığı məhkəmə iddiasında qəbul edilib. Baş prokurorlar Maskın Konstitusiyada yalnız seçilən və Senat tərəfindən təsdiq edilən şəxslərin malik ola biləcəyi qeyd edilən səlahiyyətlərdən istifadə etdiyini iddia edib.
Tramp administrasiyası, öz növbəsində, ixtisarların agentlik rəhbərləri tərəfindən həyata keçirildiyini iddia edib və bildirib ki, Mask, bu səyləri ictimai şəkildə dəstəkləməsinə baxmayaraq, DOGE-ın gündəlik əməliyyatlarını birbaşa olaraq özü idarə etmir.
DOGE, Prezident Donald Trampın icazəsi ilə bir çox agentliklərdəki kompüter sistemlərinə daxil olub, büdcələri araşdırıb və onun iddiasına görə, israf, fırıldaqçılıq və sui-istifadə hallarını axtarıb, baxmayaraq ki, DOGE-ın qanunu pozduğunu iddia edən məhkəmə iddiaların sayı artmaqdadır.
Çatkan, aralarında Nyu Meksiko və Arizonanın da olduğu ştatların narahatlığını qəbul edib.
"DOGE-nin gözlənilməz hərəkətləri çox böyük qeyri-müəyyənlik və çaşqınlıqla nəticələnib" o bildirib. Onların Maskın belə görünən “nəzarətsiz səlahiyyəti” və Konqresin DOGE üzərində nəzarətinin olmaması ilə bağlı sualları legitimdir və onlar daha sonra uğurlu bir şəkildə bu iddiaları mübahisə edə bilərlər.
Bununla belə, bu nöqtədə, DOGE-ın işinin ştatlara dəqiq olaraq necə təsir edəcəyi qeyri-müəyyən olaraq qalır və Çatkan belə qərara gəlib ki, hakimlər yalnız spesifik, təcili ziyanların qarşısını almaq üçün qərarlar çıxara bilər.
Demokrat Prezident Barak Obama tərəfindən təyin olunan Çatkan daha öncə Vaşinqtonda Trampa qarşı indi artıq xitam verilmiş seçki müdaxiləsi ilə bağlı məhkəmə işinə sədrlik edib.