Zelenski Ukrayna xalqının təslim olmayacağını bəyan etdi!

Dünən, 10:38           
Zelenski Ukrayna xalqının təslim olmayacağını bəyan etdi!
Zelenskinin dünən Rusiya və ABŞ arasında keçirilən danışıqlar barədə son açıqlamalarına qulaq asdıqca bu adama heyran olursan. Dünyanın İki ən böyük və ən qanlı dövlət başçısına qarşı bu qədər cəsarətli və qorxmaz dünyada ikinci bir lider yoxdur. Həm lider olaraq Zelenski həm də xalq olaraq Ukrayna xalqının cəsarətinə qırılmayan iradəsinə heyranam. Bu qədər pis durumda olasan, ən böyük güclər tərəfindən təklənəsən yenə də təslim olmayasan. Eşq olsun Ukrayna xalqına .
Zelenski sərsəm Trampın sərsəm açıqlamalarına belə cavab verib.
▪️ Dünən artıq Rusiyanın qurban olduğu ilə bağlı siqnallar vardı. Bu, yeni bir şeydir.
▪️ ABŞ-ın yardımı ilə bağlı dəqiqləşdirmə aparmaq lazımdır. Mənim və Trampın fərqli rəqəmləri var. ABŞ bizə təxminən 67 milyard dollar dəyərində silah, 31 milyard dollar isə büdcə proqramları ilə yardım edib. Bu, 500 milyard dollar ola bilməz, bu, ciddi bir söhbət deyil.
▪️ Trampın komandası tərəfindən daha çox həqiqət eşitmək istərdim. "Bütün yardımın 90%-i ABŞ-dandır" hekayəsi... Hamımız anlayırıq ki, həqiqət bir qədər fərqlidir, baxmayaraq ki, biz bu yardıma görə minnətdarıq.
▪️ Müharibə Ukraynaya 320 milyard dollara başa gəlib, bunun 120 milyardını ukraynalılar, 200 milyardını isə ABŞ və Avropa ödəyib.
▪️ ABŞ-ın dəstəyi olmadan Ukraynanın qələbəsi mümkün deyil. Amma Putinə bizi işğal etmək də müyəssər olmayacaq.
▪️ ABŞ nadir torpaq metallarına dair sənəddə qeyd olunanların 50%-ni istəyirdi. Amma orada təhlükəsizlik zəmanətləri ilə bağlı heç nə yoxdur. Konkret heç nə yoxdur. Mən dövləti sata bilmərəm!
Джавид Дамирли
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.