Naxçıvanda konstitusiya dəyişdirilir

21-02-2025, 08:26           
Naxçıvanda konstitusiya dəyişdirilir
Naxçıvan Ali Məclisi yerli Konstitusiyaya dəyişiklik edilməsi ilə bağlı qanun layihəsini səsverməyə çıxarmağa hazırlaşır.Bu gün başlayan yaz sessiyasının gündəliyinə sözügedən məsələ də daxil edilib.
Rəsmi məlumata görə, dəyişikliklərin əsas məqsədi səlahiyyətli nümayəndəlik institutunun yaradılması, yeni idarəçilik qaydalarının tətbiqi, dövlət orqanlarının yenidən formalaşdırılması və qanunvericilik sisteminin təkmilləşdirilməsidir.
Qanun layihəsinin sabah ilk səsverməyə çıxarılacağı bildirilir. İkinci səsvermə isə ən tezi üç ay sonra keçirilə bilər. Daha sonra layihə təsdiq olunmaq üçün Azərbaycan Milli Məclisinə göndəriləcək.
Gündəlik Naxçıvan












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru